Avropa Parlamentinin (AP) prezidenti Roberta Metsola Bolu şəhərində baş verən yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Düşüncələrimiz həlak olanların yaxınlarının yanındadır. İnsanların həyatını xilas etmək üçün əllərindən gələni edən cəsur xilasedicilərə minnətdaram. Yaralılara tezliklə şəfa diləyirəm", - R.Metsola vurğulayıb.
Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb