Qəzza zolağında Misirlə sərhəddə yeganə sərhəd-keçid məntəqəsi olan Rəfahı Fələstin tərəfi idarə edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzeti anonim mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, qərar İsrailin "Şin Bet", "Mossad" xüsusi xidmət orqanlarının və Misir kəşfiyyatının rəhbərlərinin Qahirədəki görüşündə qəbul edilib.
Tərəflər Fələstin administrasiyasının Rəfah sərhəd-keçid məntəqəsini "beynəlxalq müşahidə və BMT-nin monitorinqi altında" idarə etməsi ilə bağlı razılığa gəliblər.
Mənbə bildirib ki, əsas sərhəd-keçid məntəqəsinin açılacağı tarix hələ təyin edilməyib.
"İsrail dəhlizdən qoşunların qismən çıxarılmasını təklif edib, bununla razılaşmayan Misir isə qoşunların tam çıxarılmasında və müharibədən əvvəlki vəziyyətə qayıtmaqda israrlıdır", - mənbə nəşrə bildirib.