Ermənistanda Avropaya inteqrasiya ilə bağlı qanun layihəsi nəzərdən keçiriləcək

A- A A+

Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyası yanvarın 24-də qərbyönmülü qüvvələrin təklif etdiyi "Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında" qanun layihəsini nəzərdən keçirəcək.

NUHÇIXAN Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə parlamentindən bildirilib.

Layihə müvafiq komissiya tərəfindən təsdiqlənəcəyi halda qanunverici orqanın plenar iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, qanun layihəsi yanvarın 9-da hökumətin iclasında təsdiqlənib və parlamentə göndərilib. Bundan əvvəl bir sıra qeyri-parlament partiyaları prosesin başlanması üçün imza toplayıb. Təşəbbüskarlar 60 min imza toplamağa nail olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: