Cənubi Koreyada 9 ildə ilk dəfə olaraq doğum səviyyəsi artıb

A- A A+

2024-cü ildə Cənubi Koreyada son 9 ildə ilk dəfə olaraq doğum səviyyəsi artıb.

NUHÇIXAN xəbər verir ki, bu Asiya ölkəsində 2024-cü ilin yanvar ayından noyabr ayına qədər 220 094 uşaq dünyaya gəlib ki, bu da keçən ilin göstəricisi ilə müqayisədə 3 faiz çoxdur. “Reuters” yazır ki, doğuş hallarının çoxalması 2023-cü ildə nikahların sayının artması fonunda baş verib. Bu isə son 12 ildə ilk artım halıdır. Belə ki, ölkədə pandemiya səbəbindən planlaşdırılmış toylar son illər təxirə salınırdı.

Bundan əvvəl ölkədə 8 il ardıcıl olaraq doğum hallarının azalması qeydə alınıb, 2023-cü ildə isə bu göstərici rekord dərəcədə aşağı olub; bir qadına 0.72 uşaq düşüb.

Keçən il Cənubi Koreya hökuməti gəncləri ailə qurmağa və övlad sahibi olmağa sövq etmək üçün müxtəlif tədbirlər görüb. Belə ki, ölkədə “milli demoqrafik böhran” elan edilib və doğum hallarının aşağı düşməsinə qarşı mübarizə aparacaq yeni nazirlik yaradılıb.

Bu tədbirlərin böyük hissəsi vergilərin və subsidiyaların azaldılması hesabına maliyyə dəstəyini özündə ehtiva edirdi. Adambaşına verginin 500 min von (349.35 ABŞ dolları) məbləğində birdəfəlik azaldılması, 2024-cü ildən 2026-cı ilə qədər olan dövr ərzində nikaha daxil olmuş cütlüklərin problemlərinə qarşı hökumət daha kompleks yanaşacağını bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: