ABŞ Prezidenti Donald Tramp Məxfi Xidmətə direktor təyin edib.
NUHÇIXAN-ın məlumatına görə, o, bu vəzifəyə şəxsi mühafizəsinin rəhbəri Şon Karranı gətirib.
Ötən il iyulun 13-də Pensilvaniyanın Batler şəhərində baş vermiş sui-qəsd cəhdi zamanı Trampı qorumaq üçün səhnəyə qaçan agentlərdən biri olan Karranın artıq bu vəzifəyə seçiləcəyi gözlənilirdi.
Sui-qəsd cəhdi ilə əlaqədar Məxfi Xidmətin direktoru Komberli Çitl istefa verdikdən sonra bu vəzifəni Ronald Rou icra edirdi.