KİV: İsrail Rusiya istehsalı olan silahların Ukraynaya verilməsi barədə bəyanatları təkzib edib

A- A A+

İsrail Livanın "Hizbullah" qrupu ilə döyüşlərdə müsadirə edilmiş Rusiya istehsalı silahların Ukraynaya veriləcəyi barədə bəyanatları təkzib edib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Kan" radiostansiyasının məqaləsində bildirilir.

Qeyd olunur ki, İsrailin XİN müavini Şarren Haskel yanvarın 21-də Ukrayna səfiri Yevgeni Korniçuk ilə görüşündə bunu təklif etməyib, o, 2024-cü ilin noyabrında vəzifəyə təyin olunmazdan əvvəl silahların verilməsindən danışıb.

KİV vurğulayıb ki, diplomat şəxsi qaydada müvafiq təkliflə qanun layihəsi irəli sürüb, lakin XİN müavini vəzifəsinin icrasına başladıqdan sonra öz imzasını geri götürüb.

Materialda bildirilir ki, İsrail Ukraynaya hərbi yardımla bağlı mövqeyinə yenidən baxmağı planlaşdırmır, söhbət qəbul edilməmiş qanun layihəsindən gedir.

Xatırladaq ki, daha əvvəl Ukraynanın İsraildəki səfirliyi Təl-Əvivin Rusiya istehsalı olan silahları Kiyevə ötürmək niyyətində olduğunu bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: