İran başqa dövlət üçün təhlükə mənbəyi deyil.
NUHÇIXAN İRNA-ya istinadən xəbər verir ki, bunu İran prezidentinin strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif Davosda İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, rəsmi Tehran nüvə silahı yaratmağa cəhd göstərmir:
“Əgər doğrudan da nüvə silahı əldə etməyə çalışsaydıq, onu çoxdan reallaşdırmışdıq”.
M.Zərif deyib ki, nüvə silahları beynəlxalq nəzarət altında olan obyektlərdə deyil, gizli laboratoriyalarda hazırlanır:
“Biz sülh yolu ilə həllin tərəfdarları kimi təəccüblənirik ki, "İranın nüvə bombasına sahib olmasına bir neçə gün qalıb” fikrini kim təsdiqləyib”.