Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittiham irəli sürülüb.
NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Yeni ittiham 2008-ci il 1 mart iğtişaşları ilə bağlıdır.
Belə ki, Ohanyan güc tətbiq etməklə vəzifə səlahiyyətlərini aşaraq ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunur.
Bu maddə üzrə 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.