Putin və Paşinyan Ermənistanın KTMT-dəki fəaliyyətini müzakirə etməyiblər

A- A A+

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan son telefon danışığı zamanı İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini müzakirə etməyiblər.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu mövzu prezident və baş nazirin son telefon danışığı zamanı müzakirə olunmayıb", - o qeyd edib.

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin (XKX) 2025-ci ildə ölkənin KTMT-də üzvlüyünün dayandırılması üçün əsasların aradan qalxması ehtimalının az olmasının vurğulandığı hesabatını şərh edən Peskov bildirib ki, Ermənistan bu günə qədər KTMT-dən çıxmaq niyyətində olduğunu bəyan etməyib.

Qeyd edək ki, yanvarın 17-də Putin və Paşinyan arasında telefon danışığı baş tutub.

Tərəflər Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrliyinin nəticələrini, Aİİ çərçivəsində gələcək fəaliyyət planlarını, həmçinin ikitərəfli Ermənistan-Rusiya gündəliyində yer alan bir sıra məsələləri müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: