Ermənistan kəşfiyyatı ölkəyə xarici müdaxilə cəhdlərinin ola biləcəyini açıqlayıb

A- A A+

Xarici qüvvələr 2025-ci ildə Ermənistanda sabitliyi pozmağa cəhd edəcəklər.

NUHÇIXAN xəbər verir ki, bu məlumat Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatına yer alıb.

“Çox güman ki, xarici aktorlar 2025-ci ildə Ermənistanın iqtisadi və logistik asılılığından siyasi təsir aləti kimi istifadə edəcəklər”, - deyə sənəddə bildirilir.

Ermənistan Xarici Kəşfiyyat Xidməti 2026-cı ilin iyununda ölkədə keçiriləcək parlament seçkiləri öncəsi mümkün xarici müdaxilə cəhdləri barədə də xəbərdarlıq edib. Onların məlumatına görə, bəzi ölkələr respublikada sabitliyi pozmaq üçün cəmiyyətin geniş təbəqələrinə təsir göstərməyə çalışacaq.

Söhbətin konkret olaraq hansı ölkələrdən getdiyi açıqlanmır.

Bir müddət öncə Ermənistan kəşfiyyatı 2025-ci ildə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyün dondurulması imkanlarını qiymətləndirib. Onların fikrincə, KTMT Cənubi Qafqazın problemlərinə cavab vermək iqtidarında deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: