Gürcüstan “2025-2027-ci illər üçün İqtisadi İslahatlar Proqramı”nı Avropa Komissiyasına təqdim edib

A- A A+

Gürcüstan Avropa Komissiyasına “2025-2027-ci illər üçün İqtisadi İslahatlar Proqramı” sənədini təqdim edib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu addım hökumətin 15 yanvar 2025-ci il tarixli qərarına əsasən atılıb. Qeyd edilib ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd ölkə kimi bu prosesə ilk dəfə 2023-cü ilin sonunda qoşulub. Sənəd Avropa Komissiyasının təsdiqlədiyi metodologiya əsasında hazırlanıb və makroiqtisadi, fiskal parametrlərin ortamüddətli çərçivəsini əhatə edir. Gürcüstan bu proqramın hazırlanmasında “Baxış - 2030 Gürcüstanın İnkişaf Strategiyası”na və digər strateji sənədlərə istinad edib.

Sənəddə həmçinin 2024-cü ildə Avropa Komissiyasının verdiyi tövsiyələrin icrası, əvvəlki illərin iqtisadi proqramlarının qiymətləndirilməsi öz əksini tapıb. Proqramın ilk dörd bölməsi makrofiskal parametrlər və dövlət maliyyəsinin idarə edilməsini, beşinci bölmə isə struktur islahatlarını əhatə edir.

Proqramın makrofiskal hissəsi 2025-ci il büdcəsi və 2025-2028-ci illəri əhatə edən əsas iqtisadi göstəricilər əsasında hazırlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: