NATO-nun Baş katibi Ukraynaya daha çox silah verməyə çağırıb

A- A A+

Kiyevin məğlubiyyəti NATO-ya hərbi ehtiyaclar üçün ayırdığı əlavə milyardlarla dollara deyil, trilyonlarla dollara başa gələcək.

NUHÇIXAN xəbər verir ki, NATO-nun Baş katibi Mark Rütte bunu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

“Ukrayna məğlubiyyətə uğrasa, NATO-nun milyardlarla deyil, trilyonlarla dollara ehtiyacı olacaq. Bu halda alyansın qərb cinahının müdafiəsi indi müzakirə etdiyimizdən daha baha başa gələcək”, - deyə Mark Rütte bildirib.

NATO-nun Baş katibi atəşkəs haqqında daha az danışmağa və Ukraynaya daha çox silah tədarük etməyə, habelə Rusiyanın şərtləri ilə razılaşmamağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: