Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidan ilə Sergey Lavrov arasında telefon danışığı olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Suriyada baş verən son hadisələr müzakirə edilib.
Nazirlər Suriyanın terror təşkilatlarından təmizlənməsinin, ölkədə sabitlik və təhlükəsizliyin bərpa olunmasının əhəmiyyətini vurğulayıblar.