Nyu-Yorkda şaxtalı hava səbəbindən Hudson çayı donub, şəhərdə həyat iflic olub

A- A A+

ABŞ-nin Nyu-York şəhərindəki Hudson çayı şaxtalı hava səbəbindən qismən donub.

NUHÇIXAN-ın məlumatına görə, son illərin ən sərt qış mövsümlərindən birini yaşayan Nyu-York şəhərindəki Manhetten adasını əhatə edən Hudson çayı buzla örtülüb.

Təxminən 200 kilometr uzunluğunda olan çayın bir hissəsi 45 santimetr qalınlığında buz təbəqələri ilə örtülüb və çayda hərəkət edən gəmilərin hərəkəti qismət məhdudlaşıb.

Xüsusilə son bir həftədir şəhərdə soyuq hava şəraiti həyata mənfi təsir edir. Gündüzlər temperaturun -8 ilə -10 dərəcə arasında dəyişdiyi, gecələr isə -20 dərəcəyə endiyi şəhərdə yaşayış çətinləşib. Havaların soyuq keçməsi ilə əlaqədar olaraq şəhərdə turistlərin məşhur məkanı olan Mərkəzi Park və şəhərin mərkəzindəki əyləncə məkanları boş qalıb.

Nyu-Yorkda həftə sonundan etibarən həyatı iflic edən şaxtalı havanın nisbətən yumşalacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: