“LG” “Q9 One” adlı təhlükəsiz smartfonu təqdim edib

A- A A+

“LG Electronics” şirkəti “Q9 One” adlı yüksək texniki səviyyəli smartfon təqdim edib. Yeni aparat böyük ölçülü ekran, yüksək təhlükəsizlik səviyyəsi və “Android One” platforması ilə təchiz olunub.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, smartfon 3120x1440 piksel təsvir ölçüsünə malik və tərəflər nisbəti 19,5:9 təşkil edən 6,1 düymlük “Super Bright IPS” displey, “Qualcomm Snapdragon 835” səkkiz nüvəli prosessoru və “Adreno 540” qrafika sürətləndiricisi ilə təchiz edilib.

Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 4 və 64 GB təşkil edir. Tutumu 2 TB-dək olan “microSD” çıxarılıb-taxılan daşıyıcılarının qoşulması mümkündür. Aparat “IP68” və “MIL-STD 810G” standartları üzrə sertifikatlaşdırılıb ki, bu da su və toza qarşı yüksək dayanıqlığa zəmanət verir.

“LG” əsas kameranı işıq diodu işıqlandırıcısına malik 16 meqapiksellik şəkil sensoru ilə təchiz edib. Ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir. Həmçinin “4G VoLTE”, “Wi-Fi 802.11 ac”, “Bluetooth 5 LE”, “NFC” və “GPS” kimi simsiz kommunikasiya texnologiyaları dəstəklənir.

Telefon 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib və “Android 9.0 Pie” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

“LG Q9 One” smartfonu yalnız mavi rəngli korpusda satılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: