İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) Hərbi Dəniz Qüvvələrinin Buşehr və Xuzistan əyalətlərinin körfəz sularında təlimi başlayıb.
NUHÇIXAN İSNA-ya istinadən xəbər verir ki, bu barədə Sepahın Hərbi Dəniz Qüvvələrinin komandanı admiralı Əlirza Tanqsiri bildirib.
Onun sözlərinə görə, körfəzdə “Böyük Peyğəmbər” adlı 19-cu təlim keçirilir:
“Bu təlimlərin ismarışları regiondan kənar ölkələrdir. Onlar bilməlidirlər ki, bu bölgədə mövcudluqları təhlükəsizliyin təmin olunmasına maneədir, onlar bu həssas bölgədə sabit təhlükəsiz şərait yarada bilməzlər”.
Komandan xatırladıb ki, bu təlimlərin digər məqsədi beynəlxalq su yollarının təhlükəsizliyini, o cümlədən gəmiçilik və regionun iqtisadi təhlükəsizliyinin təmin edilməsini göstərməkdir.