Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışıqlara hazırdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Putin hazırdır, siqnal gözləyirik, hamı hazırdır. Burada qəhvə çöküntüsündə fala baxmaq çətindir. Hər hansı bir məlumat olarsa, biz sizə çatdıracağıq” – deyə Kremlin nümayəndəsi bildirib.