Ötən il Türkiyədə elektromobillərin sayı 1,3 dəfə artıb

A- A A+

2024-cü ildə Türkiyədə istifadədə olan avtomobillərin sayı 16 milyon 232 min 458 ədəd olub.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, ölkədə qeydiyyata alınmış avtomobillərin siyahısında elektromobillərin xüsusi çəkisi 1,1 faiz olub. Belə ki, ötən il istifadədə olan hər 88 avtomobildən 1-nin elektriklə işlədiyi bəlli olub.

Türkiyə Statistika İdarəsinin hesabatına görə, ölkədə qeydiyyata alınan elektrik avtomobillərinin sayı ötən il əhəmiyyətli dərəcədə artıb. Belə ki, elektromobillərin qeydiyyata alındığı 2011-ci ildə bu avtomobillərin sayı 24 olduğu halda, 2018-ci ildə bu rəqəm 952-yə, 2019-cu ildə 1000-ə, 2021-ci ildə 6267, 2022-ci ildə 14552, 2023-cü ildə 80043-ə yüksəlib. Ötən ilin sonuna olan məlumata görə, qeydə alınan elektrik avtomobillərin sayı 2023-cü illə müqayisədə 129,6 faiz artaraq 183 min 776-ya çatıb.

2020-2024-cü illər arasında ölkədə elektrik avtomobillərinin sayının artması da diqqət çəkib. Sözügedən beş ildə elektromobillərin sayı 66 dəfə (6470 faiz) artıb. Bu artım da Türkiyənin “Togg” avtomobillərinin satışları ilə bağlıdır.

Elektrik avtomobillərlə yanaşı, hibrid avtomobillərdə də artım diqqət çəkib. 2020-ci ildə hibrid avtomobillərin sayı 33 690 ədəd olduğu halda, ötən ilin sonunda 391 296 ədədə yüksəlib. Beləliklə, 5 ildə hibrid avtomobillərin sayı 12 dəfə artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: