Britaniya hökuməti “Rolls-Royce” ilə 11 milyard dollarlıq müqavilə imzalayıb

A- A A+

Böyük Britaniya hökuməti “Rolls-Royce” şirkəti ilə 9 milyard funt sterlinq (11 milyard dollar) dəyərində səkkizillik müqavilə imzalayıb.

NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, bu müqavilə çərçivəsində şirkət nüvə reaktorlarının dizaynını, istehsalını və texniki dəstəyini təmin edəcək. Bu reaktorlar Britaniyanın sualtı qayıq donanmasını gücləndirmək üçün nəzərdə tutulub.

Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, bu müqavilə çərçivəsində həmişə ən azı bir nüvə silahı ilə təchiz edilmiş ballistik raket daşıyan sualtı qayığın patrulda olması təmin ediləcək. Eyni zamanda, bu müqavilə Böyük Britaniyanın ABŞ və Avstraliya ilə AUKUS müdafiə paktını möhkəmləndirəcək.

Müdafiə naziri Con Hili müqavilənin “Rolls Royce” şirkəti ilə bir neçə kiçik müqaviləni birləşdirərək Britaniyanın səkkiz il ərzində 400 milyon funt sterlinq qənaət edəcəyini bildirib.

“Unity” adlanan yeni müqavilə hazırda tikilməkdə olan “Dreadnought” sinfinə aid nüvə sualtı qayıqları üzərində işləri dəstəkləyəcək. Hökumətin məlumatına görə, bu müqavilə çərçivəsində 1000 yeni iş yeri yaradılacaq və 4 min mövcud iş yeri qorunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: