Tramp Qəzza sakinlərinin ərəb ölkələrində yerləşdirilməsini mümkün hesab edib

A- A A+

ABŞ Prezidenti Donald Tramp evsiz qalmış Qəzza sakinlərinin ərəb ölkələrində yerləşdirilməsinin mümkün olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə TASS Amerika liderinin mətbuat qrupuna istinadən məlumat yayıb.

Trampın sözlərinə görə, o, artıq bu mövzuda İordaniya Kralı II Abdullah ilə danışıb və Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə də müzakirə etmək niyyətindədir.

“Misirin insanları qəbul etməsini istəyirəm. <...> Orada (Qəzza zolağında – red.) sözün əsl mənasında hər şey dağıdılıb, demək olar ki, hər şey məhv edilib <...>. Mən bəzi ərəb ölkələri ilə işləməyə və başqa yerdə mənzil tikməyə çalışardım”, – ABŞ Prezidenti deyib.

Jurnalistlər Trampdan problemin müvəqqəti həllini nəzərdə tutub-tutmadığını dəqiqləşdirməyi xahiş ediblər. Amerika lideri buna cavab olaraq bunun həm müvəqqəti, həm də uzunmüddətli variant ola biləcəyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: