Qəzza sakinləri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) anklavın şimal bölgələrinə qayıtmağa başlayacaqlar.
NUHÇIXAN xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.
Telekanalın Qəzzada atəşkəs sazişinin icrası üzrə Qahirədə yerləşən monitorinq mərkəzindəki mənbəsinin sözlərinə görə, bu, ilk növbədə piyada getməyi planlaşdıran şəxslərə aiddir.
Onların hamısının Fələstin anklavının şimalındakı evlərinə qayıtmaq üçün Əl-Rəşid yolundan istifadə edəcəyi gözlənilir.
Telekanalın mənbəsi iddia edib ki, Qəzzanın şimalına gedən yol yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00) avtomobillər üçün açılacaq.