Berlində nəqliyyat işçilərinin tətili başlayıb

A- A A+

Almaniyanın paytaxtında Berlin Nəqliyyat Müəssisələrinin (BVG) işçiləri xəbərdarlıq tətili keçirir.

NUHÇIXAN xəbər verir ki, tətil saat 03:00-da (Bakı vaxtı ilə 06:00) başlayıb və növbəti gün saat 03:00-a (Bakı vaxtı ilə 06:00) qədər davam edəcək.

BVG-nin məlumatına görə, Berlində metro işləməyəcək, bir çox marşrutlar üzrə tramvay və avtobuslar hərəkət etməyəcək. Tətil regional qatarlar və şəhər elektrik qatarlarının fəaliyyətinə təsir göstərməyəcək. Tətilin mənfi təsirini azaltmaq üçün Berlinin bəzi rayonlarında əlavə elektrik qatarları işləyəcək.

Tətili “Verdi” həmkarlar ittifaqı çağırıb. O, BVG-nin təxminən 16 min işçisinin aylıq maaşının 750 avro artırılmasını tələb edir. “Verdi” BVG-ni kollektiv danışıqların birinci mərhələsində təkliflər təqdim etmədiyinə görə "yubatma taktikası"nda günahlandırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: