Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya səfər edib.
NUHÇIXAN Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb.
Onun sözlərinə görə, V.Zelenski Auşvitsin azad olunmasının 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Ukrayna liderinin səfər proqramına həmçinin ikitərəfli görüşlər, xüsusilə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Fransa Prezidenti Emmanuel Makronla görüşlər daxildir.