Bu gündən başlayaraq İranın Sistan-Bəlucistan vilayətində 3 günlük ümumi matəm elan olunub.
NUHÇIXAN xəbər verir ki, vilayətin valisi Əhmədəli Möhəbbəti terror aktını pisləyərək deyib ki, İranın müdafiəçilərinə əl qaldırmaq ən ağır cinayətdir və bu cinayəti törədənlər tezliklə cəzalarına çatacaqlar. Vali nəzərə çatdırıb ki, həlak olanların dəfn mərasimini valilik keçirəcək.
Xatırladaq ki, ötən gecə İranın Sistan-Bəlucistan vilayətində törədilən terror aktında 41 nəfər həlak olub. Həlak olanların 20 nəfəri İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgər və zabitidir.