Lukaşenko: Prezident seçkiləri Belarusun sakit ritmini pozmadı

A- A A+

Prezident seçkiləri Belarusda yüksək təşkilati səviyyədə və sarsıntısız keçib.

NUHÇIXAN BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko yanvarın 28-də Panafrikan Parlamentinin nümayəndə heyəti ilə görüşdə bildirib.

"Düşünürəm ki, siz bu siyasi kampaniyanın ölkənin sakit ritmini pozmadığını gördünüz. Seçkilər yüksək təşkilati səviyyədə və Qərbdə bəzilərinin gözlədiyi kimi heç bir sarsıntı olmadan keçib", - o bildirib.

Panafrikan Parlamentinin nümayəndə heyəti Belarusda seçki prosesini müşahidə edib.

Qeyd edək ki, seçkilərdə A.Lukaşenko seçicilərin 86,82 %-nin səsini qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: