Qəzzadakı atəşkəsdən sonra ciddi pozuntular qeydə alınmayıb

A- A A+

Qəza sektorundakı atəşkəs vasitəçiləri - Qətər, Misir və ABŞ - yanvarın 19-dan atəşkəs rejiminin qüvvəyə mindiyi andan etibarən ciddi pozuntular qeydə almayıblar.

NUHÇIXAN xəbər verir ki, bunu Qətər Baş nazirinin müşaviri Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə deyib.

"Bu vaxta qədər eskalasiyaya və ya razılaşmaların pozulmasına səbəb ola biləcək ciddi atəşkəs pozuntuları olmayıb", - o bildirib.

Qeyd edək ki, yanvarın 19-da İsrail hökuməti HƏMAS ilə atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: