Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Suriya məsələsi ilə bağlı Soçidə keçirilən üçtərəfli görüşdən əvvəl bir araya gəliblər.
NUHÇIXAN Anadolu Agentliyinə istinadla xəbər verir ki, mətbuata qapalı keçirilən görüşdə İdlibdəki vəziyyət və ABŞ ordusunun Suriyadan geri çağırılması kimi məsələlərin müzakirə olunduğu ehtimal edilir.
Xatırladaq ki, Suriya məsələsi ilə bağlı bu tərkibdə son görüş ötən ilin sentyabr ayında Tehranda keçirilmişdi.