ABŞ-də uçuşların tənzimlənməsinin təkmilləşdirilməsi tədbirləri nəzərdən keçiriləcək

A- A A+

ABŞ Nəqliyyat Nazirliyi Vaşinqtonda sərnişin təyyarəsi və hərbi helikopterin iştirakı ilə baş verən təyyarə qəzasından sonra uçuşların tənzimlənməsi sisteminin təkmilləşdirilməsi üzrə yeni tədbirləri nəzərdən keçirməyi planlaşdırır.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi Ronald Reyqan hava limanında keçirilən brifinqdə jurnalistlərə bildirib.

"Əlbəttə ki, bu gün baş verənləri təhlil edəcəyik. Federal Aviasiya İdarəsi araşdırma apardıqdan sonra uçuş marşrutları və uçuş icazələrinin verilməsi sistemini təkmilləşdirmək üçün lazım gəldikdə müvafiq tədbirlər görəcəyik", - o bildirib.

Ş.Daffi vəziyyəti ABŞ Prezidenti Donald Tramp, müdafiə naziri Pit Heqset və digər rəsmilərlə müzakirə etdiyini bildirib. Həmçinin nazir qəza yerində olan mütəxəssislərə lazımi dəstək göstərəcəyinə söz verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: