Ermənistanda dövlət sektorunda xidməti avtomobillərin sayı tarixi minimuma qədər azaldılır

A- A A+

Ermənistanın dövlət sektorunda xidməti avtomobil parkı 423 maşın azalacaq.

NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.

Xidməti avtomobillər faktiki olaraq yalnız qurumların yüksək rəhbər heyətində qalıb.

Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan iclasda bildirib ki, 52 qurumda avtomobillərin sayı azaldılaraq elektron hərrac vasitəsilə satılması üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitəyə veriləcək.

O qeyd edib ki, yaxın vaxtlarda bu proses yerli özünüidarəetmə orqanlarında da davam etdiriləcək.

Baş nazir Nikol Paşinyan bununla əlaqədar qeyd edib ki, ölkədə xidməti avtomobil parkında avtomobillərin sayı tarixi minimuma qədər azalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: