Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 30-dan çox insan həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə xilasetmə işlərinin gedişatı ilə tanış olan iki mənbə “NBC Washington” telekanalına məlumat verib.
Məlumata görə, ölənlərin meyiti təyyarənin düşdüyü Potomak çayından çıxarılıb.