İtaliyada “DeepSeek” tətbiqinə giriş bloklanıb

A- A A+

İtaliyada Çinin “DeepSeek” süni intellekt tətbiqinə giriş bloklanıb.

NUHÇIXAN xəbər verir ki, bu addım İtaliyanın Fərdi Məlumatların Mühafizəsi Təşkilatının “DeepSeek” çatbot xidməti ilə bağlı apardığı araşdırma çərçivəsində atılıb.

Bildirilir ki, məqsəd italiyalı istifadəçilərin fərdi məlumatlarının qorunmasıdır. Tətbiqi təqdim edən şirkətlərdən şəxsi məlumatların toplandığı mənbələrlə bağlı təqdim olunan məlumatın tamamilə qeyri-adekvat olduğu aşkarlanıb. Hazırda “DeepSeek” ilə bağlı ətraflı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, İtaliya təşkilatı milyonlarla insanın məlumatlarının risk altında ola biləciyini əsas gətirərək yanvarın 29-da “DeepSeek”lə bağlı araşdırmaya başlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: