"Rəfah" sərhəd-keçid məntəqəsi Qəzzadan pasiyentləri qəbul etməyə hazırdır

A- A A+

Misir-Qəzza sərhədindəki "Rəfah" sərhəd-keçid məntəqəsi Qəzza zolağından pasiyentləri qəbul etməyə hazırdır.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bunu Misirin Şimali Sinay əyalətinin qubernatoru Xalid Muqaver bildirib.

"Bir neçə gün əvvəl bütün jurnalistlərə bildirdim ki, "Rəfah" sərhəd-keçid məntəqəsi tezliklə yaralıları qəbul etməyə başlayacaq. Bu gün onun açılışı elan olunub. Biz pasiyentləri qəbul etməyə başlayacağıq", - qubernator bəyanatında bildirib.

Qəzzanın Səhiyyə Nazirliyindən qeyd edilib ki, Fələstin anklavından ilk qrup fevralın 1-i "Rəfah" sərhəd-keçid məntəqəsindən keçəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: