Türkiyənin İstanbul və Diyarbəkir vilayətlərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində 46 nəfər şübhəli qismində saxlanılıb.
Onlardan 40-ı həbs vəsatəti ilə məhkəməyə göndərilib.
Şübhəlilərin evlərində aparılan axtarış tədbirləri nəticəsində iki sənədsiz tapança, bir tüfəng, çoxlu rəqəmsal material, sənədlər və qadağan olunmuş nəşrlər müsadirə edilib.