Tramp Vaşinqtonda qəzaya görə hərbi helikopterin ekipajını təqsirləndirib

A- A A+

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, yanvarın 29-da eniş etmək üçün yaxınlaşan “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə toqquşan “Black Hawk” hərbi helikopterinin ekipajı qəzaya görə təqsirkardır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Tramp “Truth Social”da yazıb.

Onun fikrincə, helikopter həddindən artıq yüksək hündürlükdə uçub və icazə verilən maksimum 60 metr hündürlüyü xeyli aşıb.

Daha əvvəl helikopterin təsdiqlənməmiş marşrut üzrə, lazım olduğundan daha yüksəkdə uça biləcəyi ehtimalı səsləndirilmişdi.

Xatırladaq ki, Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında üç hərbçinin olduğu helikopterlə göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olan təyyarə toqquşub. Təyyarə və helikopterin qalıqları Potomak çayına düşüb. Qəzadan sağ çıxan olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: