ABŞ-də təyyarə qəzasında ölən 41 nəfərin meyiti tapılıb

A- A A+

ABŞ-nin fövqəladə hallar xidmətləri Vaşinqton səmasında hərbi helikopterlə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 41 nəfərin meyitini tapıb, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib.

NUHÇIXAN-ın məlumatına görə, bunu Kolumbiya dairəsinin Yanğınsöndürmə Xidmətinin rəhbəri Con Donnelli deyib.

“Biz həlak olan 41 nəfərin qalıqlarını çıxarmışıq, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib”, o, mətbuat konfransında bildirib.

Xatırladaq ki, hadisə yanvarın 30-da baş verib. Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında “Black Hawk” hərbi helikopteri ilə Kanzasdan gələn, içərisində 64 nəfərin olduğu sərnişin təyyarəsi toqquşub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: