Fevralda Tehranda Qazaxıstan-İran biznes forumu keçiriləcək

A- A A+

Qazaxıstan və İran qarşılıqlı ticarət dövriyyəsini üç milyard ABŞ dollarına qədər artırmaq niyyətindədir.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə respublikanın Ticarət və İnteqrasiya Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Biz İranla ticarət dövriyyəsinin 3 milyard dollara qədər artırılmasında böyük perspektivlər görürük. İran bazarına çatdırılmaq üçün 60-dan çox əmtəə, o cümlədən taxıl, günəbaxan yağı, ət məhsulları və 162 milyon dollar dəyərində digər mallar təklif etməyə hazırıq", - nazir Arman Şakkəliyev İranın sənaye, mədən və ticarət nazirinin müavini, Ticarətin İnkişafı Təşkilatının rəhbəri Məhəmməd Əli Dehqan Dehnəvi ilə görüşündə deyib.

Ticarət əlaqələrini gücləndirən mühüm hadisə 2025-ci ilin fevralında Tehranda keçiriləcək ticarət-iqtisadi missiya və biznes forumu olacaq.

"Misiyanın məqsədi ölkələr arasında ikitərəfli əlaqələri gücləndirmək, qazax istehsalçıları ilə iranlı alıcılar arasında birbaşa əlaqə yaratmaq və Qazaxıstanın ixrac potensialını genişləndirməkdir. Bu tədbir hər iki ölkənin biznesi üçün yeni üfüqlər açacaq, ticarətin inkişafına, iqtisadi tərəfdaşlığa kömək edəcək”, - məlumatda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: