Aİ liderləri ABŞ ilə münasibətləri və qurumun müdafiəsini müzakirə edəcəklər

A- A A+

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri Brüsseldə keçiriləcək qeyri-rəsmi sammitdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə, hibrid və kiber təhdidlərə, həmçinin Yaxın Şərqdəki qeyri-sabitliyə cavab olaraq İttifaqın müdafiəsinin gücləndirilməsi və ona ayrılan xərclərin artırılmasını müzakirə edəcəklər. Bundan əlavə, dövlət və hökumət başçıları prezident Donald Trampın dövründə ABŞ ilə münasibətlərə xüsusi diqqət yetirmək niyyətindədirlər.

NUHÇIXAN xəbər verir ki, bu barədə ötən gün Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.

Aİ-nin qeyri-rəsmi sammitinə NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniyanın Baş naziri Kir Starmer də dəvət olunub.

Əvvəlcə görüşün Belçikanın Lyej şəhəri yaxınlığındakı qalada baş tutacağı planlaşdırılırdı. Avropa Şurasının rəhbəri Antonio Koştanın fikrincə, bu “məxfilik” Aİ ölkələrinin liderlərinə “azad və səmimi” ünsiyyət qurmağa imkan verməli idi. Bununla belə, Avropa Şurası fövqəladə sammitin keçiriləcəyi yeri Brüsseldəki Eqmont Sarayına, konfrans zalına köçürüb. Bu qərar, təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan tədbirlərin yenidən qiymətləndirilməsi ilə bağlı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: