Türkiyədə illik inflyasiya 42%-ə enib

A- A A+

Türkiyədə illik inflyasiya yenidən azalıb.

NUHÇIXAN Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin yanvar ayında illik inflyasiya 42.12% təşkil edib. Ötən ilin dekabr ayında bu rəqəm 44.38% təşkil etmişdi. Yanvar ayında istehlak qiymətləri əvvəlki aya görə 5.03% artıb.

Qeyd edək ki, əvvəlki ilin yanvar ayına nisbətən ən az artım göstərən əsas qrup 23.14%-lə nəqliyyat qiymətləri, ən çox artım qeydə alınan əsas qrup isə 99.93%-lə təhsil qiymətləri olub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, ötən il isə bu göstəricinin ən yüksək səviyyəsi - 75.45%-lə may ayında qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: