İrəvan metrosunda insidentlə əlaqədar beş əcnəbi saxlanılıb

A- A A+

İrəvan metrosunda xuliqanlıq əməli törətməkdə şübhəli bilinən beş əcnəbi saxlanılıb.

NUHÇIXAN erməni KİV-ə istinadən xəbər verir ki, onlar "Baqrataşen" nəzarət-buraxılış məntəqəsini keçməyə cəhd edərkən polis və Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları tərəfindən saxlanılıblar.

"Saxlanılan şəxslər və tərtib edilmiş sənədlər Erebuni və Nubaraşen inzibati rayonlarının istintaq şöbəsinə təqdim edilib", - birgə məlumatda deyilir.

Qeyd edək ki, fevralın 1-i axşam saatlarında İrəvan metrosunda xarici vətəndaşların iştirakı ilə insident baş verib. Maşinist dispetçerə qeyri-standart vəziyyətin yarandığı barədə məlumat verib - "Zoravar Andranik" stansiyasından "Sasuntsi David" stansiyasına qədər olan yolda bir sərnişin “stop-kran”ı dartıb, daha sonra 4-5 nəfər maskalı şəxs qatara yaxınlaşaraq vaqonları rəngləməyə başlayıb.

Bir neçə dəqiqə sonra maşinistdən yenidən həyəcan siqnalı daxil olub, bu dəfə səbəb həmin şəxslərin qatara daş atmaları və hərəkətinə mane olmaları ilə bağlı olub. Bununla əlaqədar hadisə yerinə əməliyyat qrupu göndərilib və istintaq hərəkətləri nəticəsində icraçıların şəxsiyyəti müəyyən edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: