Alimlər Avropanı örtən radioaktiv tozun mənbəyini aşkarlayıblar

A- A A+

Beynəlxalq iqlimşünaslar qrupu üç il əvvəl Saxaradan Avropaya gələn tozun radioaktiv izotopların izlərini daşıdığını aşkarlayıb.

NUHÇIXAN xəbər verir ki, tədqiqat "Science Advances" elmi jurnalında dərc edilib.

2022-ci ildə Saxarada güclü fırtına tozu Avropaya daşıyıb. Alimlər tozun tərkibində 1960-cı illərdə Fransanın Əlcəzairdə apardığı nüvə sınaqları ilə əlaqəli radioaktiv hissəciklərin olub-olmadığını yoxlamağa qərar veriblər.

Qrup Avropanın müxtəlif yerlərindən toplanmış 53 toz nümunəsini təhlil edib. Nəticələr göstərib ki, tozda həqiqətən radioaktiv izotoplar var, lakin onların konsentrasiyası insan sağlamlığına təhlükə yaradacaq qədər aşağıdır.

Plutonium izotoplarının nisbətinin təhlili göstərib ki, onların mənbəyi Fransa bombaları deyil, 1950-ci və 1960-cı illərdə ABŞ və SSRİ tərəfindən aparılan daha güclü nüvə sınaqları olub.

Bu ölkələr Saxarada sınaqlar aparmasalar da, partlayışlar o qədər güclü olub ki, radioaktiv hissəciklər atmosferə düşərək Avropaya daşınıb.

Tədqiqat nüvə sınaqlarının qlobal nəticələrini və nüvə texnologiyalarından istifadəyə məsuliyyətli yanaşmanın vacibliyini xatırladır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: