Türkiyədə iki mütəşəkkil cinayət dəstəsinə qarşı əməliyyat keçirilib, 64 nəfər şübhəli saxlanılıb

A- A A+

İstanbulda və Manisada iki ayrı mütəşəkkil fırıldaqçı cinayət təşkilatına qarşı keçirilən əməliyyatlarda 64 şübhəli tutulub.

NUHÇIXAN xəbər verir ki, "Hücre-8" əməliyyatları ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, şübhəlilərdən 19-u həbs edilib, 41-i barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində, təxminən, 5 milyard lirə dəyərində torpaq sahəsi, ev, bank hesabı, avtomobil, sənədsiz tapançalar ələ keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: