Dubayda 550 milyon dollar dəyərində yeni kompleks inşa ediləcək

A- A A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyinin sakinləri və turistlər üçün yeni böyük kompleksin tikintisi planlaşdırılır.

NUHÇIXAN "Prime"a istinadən xəbər verir ki, layihənin dəyəri 2 milyard BƏƏ dirhəmi (təxminən 545 milyon dollar) təşkil edəcək.

"Dubai Therms" adlı layihədə su-sağlamlıq kompleksi, akvapark və dünyanın ən böyük qapalı botanika bağının yerləşəcəyi nəzərdə tutulur.

Dubayın mərkəzində “Zaabel” parkında yerləşəcək obyektin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Yeni kompleks ildə 1,7 milyon ziyarətçi qəbul edə biləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: