Paşinyan: İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır

A- A A+

Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin mülki missiyasını yerləşdirməməyə hazırdır.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu Vaşinqtonda Atlantik Şurasının müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan – Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alırıq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik", – o qeyd edib.

Görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin nizamlanması prosesi, regional kommunikasiya yollarının açılması imkanları, həmçinin ABŞ ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: