Rusiya tanker donanmasında yoxlamalara başlayır

A- A A+

Rusiya Nəqliyyat Nazirliyi ölkənin tanker donanmasının yoxlanılmasına başlayır və bunu naviqasiya mövsümünə qədər başa çatdıracaq.

NUHÇIXAN Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

"Rusiya Nəqliyyat Nazirliyi tanker donanmasının yoxlanılmasına başlayır. Nəzarət tədbirlərinin 2025-ci ildə naviqasiya mövsümünün başlanmasına qədər başa çatdırılması planlaşdırılır", - məlumatda qeyd olunub.

Yoxlamanın dəniz və daxili su nəqliyyatı üzrə 500-ə yaxın şirkəti əhatə edəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: