2023-cü ilin fevralında Türkiyənin cənubunda baş vermiş zəlzələnun vurduğu ziyan gələn ilə kimi aradan qaldırılacaq.
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin Hatay əyalətinin valisi Mustafa Masatlı söyləyib.
Onun sözlərinə görə, zəlzələdən daha çox ziyan çəkmiş yeddi rayonda 1,6 milyondan çox insan xəsarət alıb, minlərlə uşaq valideynlərini itirib.
“Kütləvi faciə fonunda 563 min Hatay sakini təxliyə edilib. İki il ərzində onlardan 420 mindən çoxu bölgəyə qayıdıb, 140 minə yaxın insan isə əyalətdən kənarda yaşayır”, - deyə vali qeyd edib. O bildirib ki, bu gün 204 konteyner şəhərciyində 173 min Hatay sakini yaşayır.
2023-cü ilin fevral zəlzələsi nəticəsində əyalətin cənub hissəsinin ümumi yaşayış fondunun 40 faizə qədəri (88 367 bina) ya tam dağılıb, ya da ciddi ziyan görüb. İnfrastruktur və mədəni irs obyektlərinə də zərər dəyib.
Vali bildirib ki, 177 min 591 əmlak sahibinə təcili dəstək göstərilməsi barədə qərar qəbul edilib. Qısa müddətdə 138 min 390 mənzil və 16 min 104 ticarət obyektinin tikintisinə başlanılıb. Paralel olaraq, sənaye obyektlərinin bərpası işləri aparılır, sakinlərə və iş adamlarına sərfəli kredit ayrılması təşkil edilib. Püşkatma nəticəsində Hatayda yeni tikilən binalarda 46 min 140 mənzilin sahibləri müəyyənləşib.
M.Masatlı xatırladıb ki, yeraltı təkanlar nəticəsində 269 memarlıq obyekti dağılıb.
Vali Türkiyənin bu cənub əyalətinin məşhur mətbəxinin regionun vizit kartlarından biri olduğuna diqqət çəkib. O, 2017-ci ildə UNESCO-nun qərarı ilə Hatay əyalətinin Türkiyənin “qastronomiya mərkəzləri” siyahısına salınmasını xatırladıb. “Bununla bağlı turistlər arasında populyar olan Hatay qastronomiya bazarının tam bərpa edilməsi planlaşdırılıb”, - deyə M.Masatlı vurğulayıb.