Rusiyanın cari hasilat səviyyəsində çıxarıla bilən təbii qaz ehtiyatları 100 ildən çox, neft ehtiyatları isə təxminən 64,5 il ərzində kifayət edəcək.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın təbiət naziri Aleksandr Kozlov məlumat verib.
Hazırda Rusiyada karbohidrogen xammalının geoloji öyrənilməsi, kəşfiyyatı və hasilatı üzrə 4 052 lisenziya qüvvədədir.
Təbiət Nazirliyi xatırladıb ki, dünyada təbii qaz ehtiyatlarının təxminən beşdə biri - 63,5 trilyon kubmetri Rusiyadadır. Ölkə neft ehtiyatlarının həcminə görə, yəni 31,4 milyard tonla beşinci yerdədir", - məlumatda qeyd olunub.
Bildirilib ki, “Parusovoe”, “Severo-Parusovoe” və “Semakovskoe” yataqlarının istismara verilməsi planlaşdırılır. Onların ümumi ehtiyatları 450 milyard kubmetrdən çox qaz və 7 milyon tondan çox maye karbohidrogendir.