“Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb

A- A A+

Fransa istehsalı olan “Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Fransa silahlı qüvvələrinin naziri Sebastyen Lekornu sosial şəbəkələrdə məlumat verib.

"2024-cü il iyunun 6-da Fransa Prezidenti Emmanuel Makron Ukraynaya “Mirage 2000” təyyarələrinin tədarük ediləcəyini bəyan etmişdi. Bu gün ilk təyyarələr Ukraynaya çatdırılıb", - o bildirib.

Onun sözlərinə görə, təyyarələri Fransada təlim keçmiş Ukrayna pilotları idarə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: