Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Primorsk-Axtarsk” aerodromuna zərbə endirilməsini təsdiqləyib

A- A A+

Fevralın 6-na keçən gecə Krasnodar diyarında “Primorsk-Axtarsk” hərbi aerodromuna zərbələr endirilib. Partlayışdan sonra obyektdə yanğın başlayıb. Əməliyyat Ukrayna SQ-nin (USQ) Pilotsuz Sistemlər Qüvvələri ilə Ukrayna Müdafiə Qüvvələrinin digər bölmələrinin birgə fəaliyyəti çərçivəsində keçirilib.

Bu barədə NUHÇIXAN USQ Baş Qərargahına istinadla xəbər verir.

Hərbi strukturdan qeyd edilib ki, Rusiyaya məxsus “Primorsk-Axtarsk” aerodromu aviasiya vasitələrinin operativ baza obyektidir.

“Obyekt “Shahed” PUA-ların saxlanması, hazırlanması və Ukrayna ərazisi istiqamətinə buraxılması üçün istifadə edilir. Burada, həmçinin Zaparojye və Xerson əyalətlərində tapşırıqları yerinə yetirən aviatexniki vasitələrə xidmət göstərilir”, - deyə Baş Qərargahdan bildirilib.

Zərbələrin hədəfə dəydiyi və partlayış baş verdiyi təsdiqlənib, həmçinin yanğın baş verib.

Baş Qərargahdan vurğulanıb ki, Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi obyektlərə zərbələrin endirilməsi üzrə əməliyyatlar davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: