Ermənistan fevralın 7-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərinin parlament komitələri rəhbərlərinin iclasında iştirak etməyəcək.
NUHÇIXAN erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.
"Ermənistan tərəfi KTMT-yə üzv dövlətlərin parlament komitələri rəhbərlərinin iclasında iştirak etməyəcək", - o bildirib.