Alyaska ştatının səmasında 10 nəfərin olduğu təyyarə radarlardan itib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə “Anchorage Daily News” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, “Bering Air” şirkətinə məxsus təyyarə Unalakleet şəhərindən Nome şəhərinə uçurdu. Təyyarədə doqquz sərnişin və bir pilot olub.
Hadisənin səbəbləri araşdırılır. Qəzetin qeyd etdiyinə görə, əlverişsiz hava şəraiti axtarış əməliyyatlarının aparılmasına mane olur.